Dünya futbolu

Qabrielin qırmızı vərəqə cəzası ləğv olundu

"Arsenal"ın futbolçusu Qabriel Paulista "Çelsi" ilə keçirilən matçda qırmızı vərəqə ilə cəzalanmışdı.

İdmanxeber.com-un məlumatına görə, həmvətəni Dieqo Kosta ilə mübahisə edən Qabriel bir başa qırmızı vərəqəyə layiq görülmüşdü.

Oyundna sonra İngiltərə Futbol Federasiyası epizodun görüntülərinə təkrar baxıb Qabrielin bir başa qırmızı vərəqəsini – 3 oyunluq cəzasını ləğv edib.

Lakin braziliyalı müdafiəçi hakimə etdiyi etiraza görə Premyer Liqada 1 oyun oynamayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43