İdman

“Qaç Aydınus, gəlirlər”

Bir müddət öncə Türkiyə Superliqasında keçirilən "Beşiktaş" – "Qalatasaray" derbisində yaşanan qalmaqallarlar bağlı oyunun baş hakimi Fırat Aydınus maraqlı açıqlamalar verib:

"Meloya göstərdiyim qırmızı kartdan sonra meydanda və tribunalarda bəzi hərəkətləri fərq etdim. Hətta baxış bucağım içərisində bir neçə azarkeşin meydançaya girdiyini də gördüm. Ancaq bunlar üçün, polis və xüsusi təhlükəsizliklərin onları meydançanın xaricinə almasını gözləyəcəkdim. Matçı bitirməyi planlaşdırırdım. Lakin tam bu anlarda köməkçim (Aleks Taşçıoğlu) bir xəbərdarlıq gəldi – "Qaç Aydınus, gəlirlər". Mənim görmədiyim hissələrdən meydançaya çox sayda tərəfdarın girdiyini və işlərin cızığından çıxdığını gördüm. O anda sürətli şəkildə soyunub-geyinmə otağına doğru qaçmağa başladım".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43