28 Fevral 2024
Ölkə futbolu

Qaçırılan penaltilər, biabırçı hesab: “Qarabağ” qələbəyə həsrətdir

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun budəfəki rəqibi Bolqarıstanın “Levski” klubu olub. Matçdan "Qarabağ" klubu 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə Xorvatiyanın "RNK Split" klubuna məğlub olub – 1:3, İsveçrə “Sürix”i ilə heç-heçə edib- 1:1.

24 yanvar

Yoxlama oyunu

19:30. "Qarabağ" (Azərbaycan) – “Levski” (Bolqarıstan)  0:3

 Qollar: Valeri Damovski, 7-pen (0:1), 46 (0:2), Ante, 50-pen (0:3)
Realllaşdırılmayan penaltilər: Riçard Almeyda, 5 ("Qarabağ") – qapıçı, Danillo Dias, 69 ("Qarabağ) – qapıçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43