Ölkə futbolu

“Qaçırılan penaltini həlledici saymaq olmaz”

“Qarabağ”la oyunda qaçırılan penaltini həlledici saymaq olmaz. Bu zərbə ilə mərhələ adlamaq şansımız bitməmişdi”.

İdmanxeber.com-un apaya istinadən verdiyi məlumata görə, bu sözləri Lüksemburqun “Düdelanj” klubunun futbolçusu Daniel da Mota deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ev oyunu haqda fikirlərini açıqlayan 31 yaşlı hücumçu bunları deyib: “Düzdür, ilk hissədə vurulacaq qol oyunun axarına təsir edə bilərdi. Amma bu epizoddan sonra da mübarizəni dayandırmayıb, sonadək “vuruşduq” ki, matçı əlavə vaxta daşıyaq. Hətta Rodriqo Dikaba cərimə zərbəsindən qol vurmağa da yaxın oldu. Həmin anda fərqlənsəydik, matç başqa cür yekunlaşardı. Təbii ki, çox təəssüfləndirici haldı. Amma matçın sonunda aqressivliyimizin çatmadığını da etiraf etməliyik”.

 

Qeyd edək ki, “Qarabağ” Bakıda keçirilən ilk matçdakı 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43