26 Avqust 2019
İdman

Qadın güləşçilərimiz final görüşünə çıxır

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

İdmanxeber.az-ın-ın məlumatına görə,  bu gün  4 qadın güləşçimiz döşək üzərinə çıxacaq. Onlardan ikisi qızıl, ikisi bürünc medal uğrunda yarışacaq.

50 kq çəkidə mübarizə aparan Mariya Stadnik həlledici qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gələcək.

Alyona Kolesnik (57 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Bediha Günlə güləşəcək.

Elmira Qəmbərova (62) finalda ukraynalı idmançı Yuliya Tkaçla qarşılaşacaq.

76 kiloda yarışan Səbirə Əliyeva isə bürünc medal uğurdunda güləşəcək. Onun rəqibi İselin Solheym (Norveç) olacaq.

Qeyd edək ki, bu günə qədər güləş millimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Oxşar xəbərlər

“Neftçi”nin futbolçusu divizion klubunda

admin

“Səbail” – “Neftçi” matçından yadda qalanlar – FOTOLAR

admin

“Qarabağ” üçün bəd xəbər

admin