16 Sentyabr 2024
İdman

Qadınlarda ilk yarımfinalçılar bəlli oldu

“Avstraliya Open”də qadınlar arasındakı mübarizə son yaxınlaşır.

İdmanxeber.az-ın məlumatına görə günün ilk görüşündə Koko Qauff və Marta Kostyuk qarşılaşıb. Dünya 4 nömrəsi Qauff çətin keçən ilk 2 setdən sonra 3-cü seti aktivinə yazdıraraq qələbə qazanıb – 2:1 (7-6 (6), 6-7 (3) 6-2)

Digər görüşdə isə Arina Sabalenka Barbara Kreyçikova çətinlik çəkmədən məğlub edib – 2:0 (6-3, 6-2)

Bu nəticələrlə son çempion Sabalenka və Qauff yarımfinalda üz-üzə gələcəklər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43