Ölkə futbolu

“Qalan 2 oyunu birtəhər yola verməliyik” – Şahin Diniyev

“Çox danışmaq istəmirəm. Hər komponentdə rəqibə məğlub olduq. Üçüncü qoldan sonra oyundan qopduq. Vəziyyət o yerdədir ki, qalan 2 oyunu birtəhər yola verməliyik. “Turan Tovuz”la oyundan sonra böyük itkilərimiz var. Artıq 3-cü oyunçumuz əməliyyat olunacaq. Rotasiyalar etməli oluruq, amma oyunçu qıtlığı var. Birdən-birə belə itkilər zərbədir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sabah” məğlubiyyəti sonrası deyib. O, daha sonra belə davam edib:

“Qarşıdakı iki oyunu başa vurub, hazırlaşmalıyıq. Transferlər də edəcəyik, güclənməliyik. İlk hissəni çox pis keçirdik. Narazıyam. Bu mövsüm birinci dəfədir ki, belə bir hissə oynayırıq. Enişdəyik, futbolda belə hallar olur. Qarşıdakı oyunlarda maksimum xallar toplamağa çalışacağıq.
Geniş heyətimiz yoxdur. Bu enişi gözləyirdim. Çox çətin durumdayıq. Heyət baxımından problemlərimiz var. Dünyanın sonu deyil. Əvvəldən belə olacağını görürdüm. Əvvəldən sözümü tutan biri olmuşam. Yanvardan sonra daha yaxşı “Səbail” görəcəksiniz. Birinci dövrəni bu sıralarda bitirə bilsək, yanvardan sonra daha yaxşı yerlərdə ola biləcəyik.

Qış fasiləsində yaxşı oyunçu tapmaq çətindir. Hər gün futbolçulara baxırıq. Mövsümün əvvəlin 8-9 transfer edib, 3-4-ü pis çıxırsa, başa düşmək olur. Amma indi fasilədə diqqətli olmaq lazımdır. 2 oyunçu gətirib, onlardan biri ümidləri doğrultmasa, problemlər böyük olacaq. Çalışacağıq, düzgün oyunçu tapmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43