Ölkə futbolu

“Qalasaray”da qalmaqal yaradacaq hadisə: Sneyderdən türkiyəli futbolçulara hörmətsizlik – FOTO

Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Bursaspor”la qarşılaşan “Qalatasaray”ın (2:2) bu oyununda maraqlı hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, matçın 11-ci dəqiqəsində hesabı açan Uesli Sneyder qol sevincini Selcuk İnan və Umut Bulutla birgə qeyd etməyib. Belə ki, Səlcuk və Umut ona sarılaraq bu qol sevinci yaşamaq istəsələr də, hollandiyalı oyunçu onlardan qaçaraq sevincini Felipe Melo və Aleks Telyeslə bölüşüb.

Bu epizod isə sosial şəbəkələrdə azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43