Dünya futbolu

“Qalatasaray” 5 oyunçu ilə vidalaşır – ulduzlar gedir

“Qalatasaray” növbəti mövsümün planlamasına başlayıb.

İdmanxeber.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu mövsüm sonu 5 futbolçu ilə yollarını ayırır.

Bunlar Xuan Mata, Adekuqbe, Nikolo Zaniolo, Viktor Nelson və Yusuf Demirdir.

Danimarkalıya hələ qışdan bir çox təkliflər olduğu və mövsüm sonu satılacağı bildirilir.

Xatırladaq ki, “Qalatasaray” çempionatın bitiminə 2 tur qalmış ikinci sıradakı “Fənərbağça”dan 5 xal irəlidədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43