Dünyadan

“Qalatasaray” 6 futbolçusunu göndərir

Lukas Podolski, Lionel Karole, Cem Karacan və Bilal Kısanı heyətinə qatan “Qalatasaray” islahatlara başlayır.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Hamza Hamzaoğlu heyətdəki futbolçu sayını 27-yə endirəcək.

Türkiyə mətbuatının məlumatına görə, baş məşqçi bu məqsədlə 6 futbolçunu göndərəcək.

Artıq onların adı da bəllidi. İddialara görə, Dani Nounkeu, Yekta Kurtuluş, Sinan Gümüş, Umut Gündoğan, Berk İsmail və Furkan Özçal “Qalatasaray”ı tərk edəcək. Onların icarəyə verilməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43