Dünyadan

“Qalatasaray” azarkeşləri üçün bəd xəbər: 1 ay olmayacaq

Türkiyə Superliqasının lideri “Qalatasaray” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “Cim-Bom”un forvardı Eren Derdiyok 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

“Bursaspor”la oyunda zədələnən futbolçunun ayaq sümüyü əzilib.

Qeyd edək ki, bu mövsüm “Qalatasaray”ın heyətində 24 oyuna çıxan E.Derdiyok 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43