Dünyadan

“Qalatasaray” azarkeşləri üçün üzücü xəbər: Xanımı gedəcəyinə işarə vurdu

Türkiyə Superliqasında ikinci pillədə qərarlaşan “Qalatasaray”ın ötən gün “Kasımpaşa”ya uduzması azarkeşlərin qəzəbinə səbəb olub.

İdmanxeber.com-un məlumatına görə, “cim-bom”un azarkeşləri sosial mediada futbolçularını tənqid atəşinə tutub. Ən çox tənqid olunan futbolçulardan biri isə “sarı-qırmızılılar”!ın qolkiperi Muslera olub. Uruqvaylı qolkiperə bir azarkeşin sosial mediada “Evinə dön” yazmasına qarşılıq qapıçının həyat yoldaşı Patrisiya “Niyə də olmasın, bəldə yaxında dönəcək” – cavabını verib.

Qeyd edək ki, “Qalatasaray” hazırda “Başakşehir”dən 2 xal geri qalmaqla 2-ci pillədədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43