Kateqoriyasız

“Qalatasaray” “Barselona” ilə heç-heçə etdi – Avroliqada gecənin nəticələri

Dünən UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə təmilçisi “Qalatasaray” səfərdə “Barselona” ilə qolsuz başa çatıb.

“Sevilya” “Vest Hem”lə, “Atalanta” isə “Bayer”lə münasibətlərinə aydınlıq gətiriblər. Hər iki oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.

Bu mərhələnin bir oyunu baş tutmayacaq. Belə ki, Ukrayna – Rusiya münasibətlərinə görə “Spartak” (Moskva) avrokuboklardan kənarlaşdırıldığı üçün onların rəqibi Almaniya “Leypsiq”i birbaşa 1/4 finala adlayıb.

Avropa Liqası, 1/8 final, ilk oyunlar

9 mart

Portu (Portuqaliya) – Lion (Fransa) 0:1
Qol
: Paketa, 59.
Baş hakim: Xose Maria Sançes (İspaniya)

Betis (İspaniya) – Ayntraxt (Almaniya) 1:2
Qol
: Fekir, 30 – Kostiç, 14. Kamada, 32.
Baş hakim: Marko Quida (İtaliya)

10 mart

Sevilya (İspaniya) – Vest Hem (İngiltərə) 1:0
Qol
: El Haddadi, 60.
Baş hakim: Sandro Şerer (İsveçrə)

Atalanta (İtaliya) – Bayer (Almaniya) 3:2
Qol
: Malinovski, 23. Muriel, 25; 49 – Aranquiz, 11. Diabi, 63.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Barselona (İspaniya) – Qalatasaray (Türkiyə) 0:0
Baş hakim: Benoit Bastyen (Fransa)

Braqa (Portuqaliya) – Monako (Fransa) 2:0
Qol
: A.Ruis, 3. V.Oliveyra, 90.
Baş hakim: Feliks Tsvayer (Almaniya)

Reyncers (Şotlandiya) – Srvena Zvezda (Serbiya) 3:0
Qol
: Tavernye, 11. Morelos, 15. Baloqun, 51.
Baş hakim: Serdar Gözübüyük (Niderland)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43