Dünya futbolu

“Qalatasaray” “Barselona” ilə qarşılaşacaq – VİDEO

Türkiyə Super Liqasının VI turunda keçiriləcək "Qalatasaray" – "Çaykur Rizespor" matçından öncə "Qalatasaray"ın veteran futbolçuları ilə "Barselona"nın veteranları arasında yoldaşlıq görüşü keçiriləcək.

28 sentyabr, Bakı vaxtı ilə saat 18:00-da "TT Arena"da oynanacaq görüşdə "sarı-qırmızılı" azarkeşlər Geroge Haci, Popesku, Hakan Şükür və Hasan Şaş kimi futbolçuların oyununa yenidən şahidlik edəcəklər.

Bu qarşılaşma "Qalatasaray"ın rəsmi "youtube" kanalından canlı yayımlanacaq. 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43