Dünya futbolu

“Qalatasaray” – “Benfika” matçı ispaniyalı hakimə həvalə edildi

Avropa Liqasının 1/16 finalında keçiriləcək “Qalatasaray” – “Benfika” ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Matçın baş hakimi İspaniya Futbol Federasiyasından Jesus Qil Manzano  olacaq.   Ona Roberto  Alonso və  Dieqo Barbero Sevilya kömək edəcək. Dördüncü  hakim funksiyasını   Jue Yuste yerinə  yetirəcək.

Qeyd edək ki, “Qalatasaray” – “Benfika” görüşü fevralın 14-ü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43