Dünya futbolu

“Qalatasaray” “Beşiktaş”ı məğlub etdi, liderliyi ələ keçirdi!

Türkiyə Superliqasının bitiminə 3 tur qalmış lider dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, 31-ci tur çərçivəsində “Qalatasaray” “Beşiktaş”ı qonaq edib. Hər iki hissədə bir qol vuran “Qalatasaray” derbidən qalib ayrılıb. Bununlada 21 turdan sonra Fatih Terimin yetirmələri liderliyi “Başakşəhər”dən alıb.

5 may

“Akhisar” – “Malatyaspor” – 0:2
Qollar:
 M. Lopes, 50-avtoqol (0:1), T. Bifuma, 66 (0:2)

“Göztəpə” – “Antalyaspor” – 4:1
Qollar:
 S. Gürler, 11 (1:0), M. Ərdinc, 18 (1:1), D. Kadah, 35-penalti (2:1), 66-penalti (3:1), S. Gürler, 72 (4:1)

“Qalatasaray” – “Beşiktaş” – 2:0
Qollar:
 H. Onyekuru, 43 (1:0), Fernand, 54 (2:0)

Qeyd edək ki, bu qələbədən sonra “Başakşəhər”lə xallarını bərabərləşdirən (63 xal) “Qalatasaray” şəxsi oyunlardakı üstünlüyünə zirvəyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43