Dünya futbolu

“Qalatasaray” bir futbolçusunun müqaviləsini uzadır

"Qalatasaray" klubu aparıcı futbolçusu Səlçuk İnanla müqavilə yeniləyir. 

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Məlumata görə, "Cim-Bom" 2016-cı ildə müqaviləsi bitəcək olan futbolçusunun sözləşməsini daha iki il artırmaq istəyir. Səlçuka avropadan cəlbedici təkliflərin olması "sarı-qırmızılılar"ın işini biraz çətinə salır.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2011-ci ildə digər Türkiyə Superliqası təmsilçisi “Trabzonspor”dan “Qalatasaray”a keçib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43