Dünyadan

“Qalatasaray” “Borussiya”nın futbolçusunu rəsmən heyətinə qatdı

“Qalatasaray” Dortmund “Borussiyası”nın futbolçusu Kevin Qroskroytsu heyətinə qatıb.

İdmanxeber.com-un məlumatına görə, “Cim-Bom” polşalı futbolçu ilə 3 illik müqvailə imzalayıb.

İstanbul təmsilçisi 27 yaşlı futbolçu üçün  Dortmund klubuna 1.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, yarımmüdafiəçi zədə səbəbindən uzun müddət idi komandasına kömək edə bilmirdi. O, bu mövsüm “Borussiya”nın əvəzedici komandasının heyətində 4 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43