26 Yanvar 2020
Dünya futbolu

“Qalatasaray” böyük dəyişikliyə hazırlaşır: 7 futbolçu “qara siyahı”da

Həm Çempionlar Liqasında, həm də Türkiyə Superliqasında uğursuz çıxışı ilə diqqət çəkən “Qalatasaray” qış transfer pəncərəsində bir neçə futbolçu ilə yollarını ayıracaq.

İdmanxeber.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Andone və Luyindama komandadan göndəriləcək futbolçular sırasındadı. Bundan başqa, icarə əsasında “cim-bom”da çıxış edən Nzonzi və Seri klublarına geri qaytarılacaq.

Naqatomo, Mariano və Belhanda da Fatih Terimin “qara siyahı”sında olan futbolçulardı.

Oxşar xəbərlər

Tayfun Korkut istefaya göndərildi

admin

Sou həvəskar liqa komandasında məşqə çıxdı – FOTO

admin

“Beşiktaş”da şok itki: 3 ay olmayacaq

admin