Dünya futbolu

“Qalatasaray” böyük dəyişikliyə hazırlaşır: 7 futbolçu “qara siyahı”da

Həm Çempionlar Liqasında, həm də Türkiyə Superliqasında uğursuz çıxışı ilə diqqət çəkən “Qalatasaray” qış transfer pəncərəsində bir neçə futbolçu ilə yollarını ayıracaq.

İdmanxeber.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Andone və Luyindama komandadan göndəriləcək futbolçular sırasındadı. Bundan başqa, icarə əsasında “cim-bom”da çıxış edən Nzonzi və Seri klublarına geri qaytarılacaq.

Naqatomo, Mariano və Belhanda da Fatih Terimin “qara siyahı”sında olan futbolçulardı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43