Dünya futbolu

“Qalatasaray” braziliyalısını göndərdi

“Qalatasaray”ın sol cinah müdafiəçisi Aleks Telles yeni sezonda Portuqaliya çempionatında forma geyəcək.

İdmanxeber.com-un məlumatına görə, “Portu” klubu Telles üçün türk təmsilçisinə 6,5 milyon avro ödəyib.

Qeyd edək ki, Telles ötən mövsümü İtaliya “İnter”inin heyətində icarə əsasında keçirib. “Cim bom” futbolçunu “Qremio”dan 6 milyon 150 min avroya transfer etmişdi. Telles “Portu”dan başqa bir kluba keçəcəyi halda isə “Qalatasaray” bu keçiddən 10% pay götürəcək.

mənbə: goal.com\tr


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43