29 Sentyabr 2024
Dünya futbolu

“Qalatasaray” bu futbolçuları göndərib 50 milyon qazanacaq

“Qalatasaray” bir neçə futbolçu ilə yollarını ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu beş oyunçusu – Kerem Akturkoğlu, Vilfred Zaha, Nikolo Zaniolo, Tete və Hakim Ziyeşlə vidalaşmaq niyyətindədi. Adıçəkilən futbolçulara başqa klublarından maraq var. 

Oyunçuların özləri də komandada qalmaqq niyyətində deyil. Onlar özlərinə gələcək yeni təkliflərə açıqdırlar. 

“Sarı-qırmızılar” isə bu transferlərdən yaxşı pul qazanmaq niyyətindədi. Belə ki, rəhbərlik 5 futbolçunun satışından 50 milyon avro əldə etmək istəyir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43