Dünya futbolu

“Qalatasaray” bu oyunçudan 10 milyon qazanmaq istəyir

“Spartak” “Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlunun transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubu bu transferdən ən azı 10 milyon avro qazanacağını gözləyir. Aktürkoğlu 2020-ci ildən “Qalatasaray”da çıxış edir.

O, komandanın heyətində 173 oyun keçirib, 44 qol vurub və 39 məhsuldar ötürmə edib.

Sol cinah yarımmüdafiəçisinin Türkiyə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 15 milyon avro qiymətləndirir.

Avro 2024-də Aktürkoğlu dörd oyunda iştirak edib və bir qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43