Dünya futbolu

“Qalatasaray” Droqbanı köməyə çağırıb

“Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi hücum xəttini “Çelsi”nin futbolçusu David Fofana ilə gücləndirmək istəyir.

20 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətində olan “Qalatasaray” London klubundan müsbət cavab almayıb. “Zadəganlar” Fofananı Türkiyəyə yollamaq istəmir.

Ancaq “sarı-qırmızılılar”ın oyunçudan vaz keçmək fikri yoxdur. Rəhbərliyin həm futbolçunu, həm də “Çelsi”ni razı salması üçün sabiq futbolçusu Didye Droqbadan kömək istədiyi bildirilir.

Droqbanın yaxın günlərdə həmyerlisi Fofana və London təmsilçisi ilə görüşəcəyi vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43