Dünya futbolu

“Qalatasaray” “Everton”un hücumçusunu alır

“Aslan” seneqallı forvardı transfer edir.

İngiltərə mətbuatının yaydığı məlumata görə, İstanbul təmsilçisi “Everton”da forma geyinən Omar Niasseni heyətinə cəlb etməyə yaxındır. “Sarı-qırmızılı” klub İngiltərə təmsilçisi ilə oyunçu barəsində danışıqlar apardığını və fubtolçunun da “Qalatasaray”da oynamasına razılıq verdiyi bildirilib. Xəbərdə “Everton”da forma şansı tapa bilməyən 28 yaşlı futbolçunun icarə əsasında karyerasını Türkiyədə davam etdirəcəyi də qeyd olunub.

Qeyd edək ki, Omar Niasse 2012-2013-cu il mövsümündə Türkiyə Superliqasında mübarizə aparan “Akhisarspor”un da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43