“Fənərbaçğa”dan Şener Özbayraqlını heyətinə qatan “Qalatasaray” “sarı bülbüllər”in daha bir futbolçusuna göz dikib.
İdmanxeber.az-ın məlumatına görə, “Cim-bom” bu dəfə Salih Uçanı hədəfə alıb. Müqavilə ilə “Fənər”ə məxsus olan, icarə əsasında İtaliyanın “Empoli” klubunda çıxış edən 25 yaşlı futbolçu “Qalatasaray”ın transfer etmək istədiyi futbolçular siyahısındadı.
Qeyd edək ki, S.Uçan “Empoli”də 14 oyunda meydana çıxıb və 1 qol, 1 məhsuldar ötürmə edib.