20 Sentyabr 2024
Dünya futbolu

“Qalatasaray” – “Fənər” oyunu ləğv edildi – YENİLƏNİB

Səudiyyə Ərəbistanında keçirilməli olan “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmayıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb sözügedən ölkədə oyundan əvvəl  Atatürk şəkillərinin stadiona buraxılmamasına qərar verməsidir.

Bu qərar hər iki İstanbul klubunun da təpkisinə səbəb olub və hər iki tərəf matça çıxmaqdan imtina edib.

Xatırladaq ki, iki klub arasında keçirilməli olan Superkubok finalı bu axşam saat 21:45-də baş tutmalı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43