Dünya futbolu

“Qalatasaray” – “Fənərbaxça” matçının fit sahibi bəlli oldu

Türkiyə superliqasının 6-cı turunun mərkəzi qarşılaşması “Qalatasaray” – “Fənərbaxça” matçının hakimlərinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, oktyabrın 18-də Bakı vaxtı ilə saat 21:00-da “Türk Telekom Arena” keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” matçı Cüneyt Çakıra həvalə edilib. Yan xətt hakimləri Ona Bahattin Duran və Tarık Ongun, dördüncü referi isə Alpaslan Dedeş olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43