Dünyadan

“Qalatasaray” ilk tura möhtəşəm qələbə ilə başladı

Türkiyə Superliqasında 2017-2018-ci il mövsümünün I turuna bu gün keçirilən “Qalatasaray” – “Kayserispor” görüşü ilə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, əzəli rəqibi “Fənərbaxça”nın “Göztəpə” ilə heç-heçə (2:2) etdiyi həftədə “sarı-qırmızılar” Kayseri klubuna 4:1 hesabı ilə qalib gəlib. Türkiyənin digər nəhəng kollektivi “Beşiktaş” isə dünən evdə qonaq etdiyi “Alanyaspor”un qapısından 2 cavabsız qol keçirirək qələbəni bayram edib.

Qeyd edək ki, tur çərçivəsində ən böyükhesablı qələbəyə malik “Qalatasaray” turnir cədvəlində liderliyə yüksəlib.


Türkiyə. Superliqa

I tur

14 avqust

“Qalatasaray” – “Kayserispor” – 4:1

Qollar: Tolqa Ciğerci – 16, (1:0), Levent Guelen – 29, (1:1), Belhanda – 35 (2:1), Qomis – 37, 88 (4:1), 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43