22 Oktyabr 2024
Dünyadan

“Qalatasaray” İslandiya millisinin üzvü ilə yollarını ayırdı

İslandiya millisinin futbolçusu Kolbeyn Siqtorson “Qalatasaray”dan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Hüriyyet” qəzeti məlumat yayıb.  Məlumata görə, “Nant”dan icarəyə götürülən islandiyalı forvardın “aslanlar”la olan müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Sitorsson geridə qalan altı ayda zədə ucbatından “sarı-qırmızılar”a kömək edə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43