Dünya futbolu

“Qalatasaray” israrlıdır – “Qarabağ”ın futbolçusunun transferində

“Qalatasaray” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az “Takvim” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu “Qarabağ”ın futbolçusu Toral Bayramovla yaxından maraqlanır. “Qalatasaray” rəhbərliyi Bakıda keçirilən yoldaşlıq matçı sonrası “Qarabağ”la oyunçu üçün ilkin şərtləri müzakirə edib.

Baş məşqçi Okan Burukun Toralın çıxışını bəyəndiyi və onun transfer edilməsini tələb etdiyi bildirilir. Mənbə yazır ki, 1 milyon avro qiyməti olan Bayramov üçün tərəflər arasında danışıqlar davam edəcək.

22 yaşlı futbolçu “Qalatasaray”la yanaşı, “Kayserispor” və I liqa təmsilçisi “Eyüpsor”un da maraq dairəsindədir.

Bayramovun “Qarabağ”la 2026-cı ilə qədər müqaviləsi var.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43