Dünya futbolu

“Qalatasaray” Luçesku ilə danışıqlara başladı

Türkiyənin “Qalatasaray” komandası yeni baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Tudorun işindən razı qalmayan rəhbərlik onu tezliklə istefaya göndərmək fikrindədir. Lakin buna qədər yeni baş məşqçini müəyyənləşdirmək lazımdır.

Türkiyə mətbuatının xəbərinə görə, klubun yönəticisi Can Topsakal bu səhər Rumıniyaya yola düşüb. Aeroportda “BeinSport”a müsahibə verən funksioner Mirça Luçesku ilə görüşə getdiyini bildirib. Onun sözlərinə görə ilkin danışıqlar uğurla baş tutsa mütəxəssislə klub prezidenti görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43