İdman

“Qalatasaray” millimizin üzvünü transfer etdi

17 yaşlılardan ibarət milli komandamızın üzvü Mutlu Aksu Doğan karyerasını “Qalatasaray”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, İstanbul nəhəngi 17 yaşlı yarımmüdafiəçini transfer edib.

Bu keçidə görə “sarı-qırmızılar” millimizin üzvünün klubu “Altınordu”ya təzminat ödəməyib. Əgər istedadlı futbolçu “Qalatasaray”dan başqa kluba transfer olarsa, məbləğın 50 faizi İzmir klubuna ödəyəcək.

Gənc yarımmüdafiəçi ilk olaraq “cim bom”un U-21 komandasının heyətində çıxış edəcək. Qış fasiləsindən sonra  isə o, əsas komanda əsas komanda ilə məşq edəcək.

Qeyd edək ki, Mutlu Aksu Doğan 2016-cı ildə 17 yaşlılardan ibarət milli komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43