Dünya futbolu

“Qalatasaray” müdafiəçi transfer etdi

İstanbulun “Qalatasaray” klubu ilk transferini reallaşdırıb.

“Sarı-qırmızılar” “Gənclərbirliyi”nin müdafiəçisi Uğur Çiftçi ilə anlaşıb. 25 yaşlı cinah müdafiəçisi növbəti mövsümdən etibarən “cim bom”un şərəfini qoruyacaq.

“Qalatasaray” bu transfer üçün Ankara təmsilçisinə 2 milyon avro təzminat ödəyəcək.

Çiftçi bu mövsüm “Gənclərbirliyi” forması ilə Super Liqada meydana çıxdığı 29 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43