Dünya futbolu

“Qalatasaray” “Neftçi”nin bəyənmədiyi futbolçunu transfer etdi

“Qalatasaray” yeni transferini açıqlayıb.

İstanbul klubu “Əskişəhərspor”un sağ cinah oyunçusu Jesse Sekidikanı heyətinə cəlb edib. 23 yaşlı futbolçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. Nigeriyalı futbolçu bu mövsümün sonuna qədər 125 min avro maaş alacaq. Növbəti mövsümdən isə onun illik qazancı 250 min avro olacaq.

O, “sarı-qırmızılar”da 28 nömrəli forma altında çıxış edəcək.

Sekidika ötən ilin qışında Antalya toplanışı zamanı “Neftçi”də baxışda olsa da, Roberto Bordinin rəhbərlik etdiyi məşqçilər korpusu onun hazırlığından narazı qaldığı üçün komandaya götürməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Dadaşovlu “Eştoril” məğlub oldu

admin

“Siti”də De Brüyne şoku

admin

Xorvatiyalı futbolçu Madrid klubunda – RƏSMİ

admin