Kateqoriyasız

“Qalatasaray” ona tapşırılır?

Almaniyanın “Borussiya” (Dortmund) klubundan ayrılan Marko Roze Türkiyənin “Qalatasaray” komandasının sükanı arxasına keçə bilər.

İdmanxeberaz “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yeni rəhbərliyi 46 yaşlı mütəxəssislə danışıqlar aparıb.

Nəşr almaniyalı baş məşqçi ilə razılıq əldə olunduğunu da iddia edib. Rozenin bu postda ispaniyalı Domenek Torreni əvəzləyəcəyi gözlənilir. Bildirilib ki, baş məşqçi ilə bağlı yekun qərarı klubun yeni prezidenti Dursun Özbək verəcək.

Qeyd edək ki, Marko Roze 2021/2022 mövsümündə “Borussiya”da işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43