Dünya futbolu

“Qalatasaray” ötən mövsümün bombardirini satdı

Qomis “cim-bom”dan ayrıldı.

“Qalatasaray” ötən mövsüm Türkiyə Super Liqasının bombardiri olan Bafetimbi Qomisi “Əl Hilal” klubuna satıb. İstanbul nəhəngi fransalı futbolçunun transferindən  6 milyon avro qazanıb.

Qeyd edək ki, Bafetimbi Qomis ötən mövsüm sarı-qırmızılı forma ilə 33 liqa oyununda 29 qol, 5 Türkiyə kuboku qarşılaşmasında isə 3 dəfə fərqlənərək, 32 qolla Türkiyə futbol tarixinin bir mövsümdə ən çox qol vuran legioneri olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43