Dünya futbolu

“Qalatasaray” “Qarabağ”la müqayisədə daha səviyyəlidir” – “Olimpiya”nın futbolçusu

Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Svit Seşlar “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionunu cari mövsüm üz-üzə gəldikləri əvvəlki rəqiblərlə müqayisə edib:

“Qarabağ” Çempionlar Liqasının təsnifatında üstələdiyimiz “Ludoqorets”dən daha kompakt komandadır. “Qalatasaray” “Qarabağ”la müqayisədə daha səviyyəlidir. Amma Azərbaycan təmsilçisi də meydanda nə etdiyini bilir”.

Gənc oyunçu hələ də mərhələ adlayacaqlarına inamını itirməyib: “Oyun çətin keçdi. “Qarabağ” keyfiyyətli rəqibdir. Matça yaxşı başlasaq da, birinci hissənin sonlarında iki qol buraxdıq. İkinci hissədə ən azı bir qol vurmağa layiq idik. Uduzsaq da, Azərbaycana ümidli getməliyik. Vəziyyəti lehimizə çevirəcəyimizə inanıram”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43