Dünya futbolu

“Qalatasaray” rəsmən Marianonu rənglərinə bağladı

“Qalatasaray” “Sevilya”nın futbolçusu Marianonun transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məluamtına görə, bu barədə İstanbul klubunun rəsmi saytı xəbər yayıb. Brazilyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Bu transfer üçün “Qalatasaray”ın qarşı tərəfə 4 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, 31 yaşlı braziliyalı sağ cinah müdafiəçisi 2015-ci ildən “Sevilya”da çıxış edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43