Dünya futbolu

“Qalatasaray” Reynaldonun komandasını darmadağın etdi

Türkiyə Superliqasında XXVI tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, turun son oyununda “Qalatasaray” öz meydanında “Adanaspor”u qəbul edib. Matç İstanbul klubunun 4 – 0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün iştirakçıları arasında “Qarabağ”ın sabiq hücumçusu Reynaldo da olub. Braziliyalı forvard son 7 dəqiqədə “Qalatasaray”a qarşı mübarizə aparıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43