Dünya futbolu

“Qalatasaray” Sabriyə alternativ gətirir

“Qalatasaray” klubu Sabri Sarıoğlu və Martin Linnesin oyunundan razı olmadığı üçün bu mövqeyə alternativ futbolçu axtarır.

İdmanxeber.com-un məlumatına görə, İstanbul təmsilçisi “Mançester Siti”nin gözdən çıxartdığı argentinalı müdafiəçi Pablo Zabaletanı rənglərinə bağlamaq istəyir. 

31 yaşlı futbolçunun “şəhərlilər”lə bir illik müqaviləsi qaldığı üçün, onun icarəyə verilməsi daha optimal variant kimi görünür.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43