İdman

“Qalatasaray” üçün şad xəbər

Türkiyə Superliqasının növbəti turu çərçivəsində 2 gün sonra “Qalatasaray”la qarşılaşacaq “Antalyaspor” əsas futbolçularından biri – Zeki Yıldırımın zədələnməsi ilə şoka düşüb.

İdmanxeber.com-un məlumatına görə, Antalya təmsilçisinin kapitanı məşqdə zədələnərək sıradan çıxıb. Onun fevralın 12-də səfərdə “Qalatasaray”la görüşdə meydana çıxa bilməyəcəyi dəqiqləşib.

27 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43