Dünya futbolu

“Qalatasaray” və “Bakı”nın sabiq baş məşqçisi hansı klubu çalışdıracaq?

“Bakı”nın və “Qalatasaray”ın sabiq baş məşqçisi Bülənt Korkmaz “Erciyyespor”u çalışdıra bilər.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, hazırkı baş məşqçi Fuat Çapadan narazı olan rəhbərlik Korkmazla danışıqlara başlayıb. Əgər, danışıqlar müsbət yekunlaşarsa, təcrübəli mütəxəssis qışda komandanın başına keçəcək.

Qeyd edək ki, Bülənt Korkmaz 2009/10 mövsümündə “Bakı”nı çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43