Dünya futbolu

“Qalatasaray” “Yuventus”la danışıqlara başlayır

“Qalatasaray” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İatanbul klubu “Yuventus”da çıxış edən Aleks Sandro ilə maraqlanır. 32 yaşlı sol cinah müdafiəçisinin komandası ilə bir illik müqaviləsi var.

“Sarı-qırmızılar”ın oyunçu üçün təmasa keçdiyi və yaxın vaxtlarda danışıqların başlayacağı bildirilib. Sandro “Yuventus”da illik 6 milyon avro qazanır.

O, cari mövsüm A Seriyasında 32 oyunda forma geyinib və 2 assit edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43