Dünya futbolu

“Qalatasaray”a “gözlə” dedi, “Çelsi” təklif göndərdi

"Qalatasaray"da "Fənərbağça"ya vurduğu qolla komandasına superkuboku qazandıran Didier Droqbaya təkliflər gəlməkdə davam edir.
 

Daha bir il "cim-bom" ilə müqaviləsi qüvvədə olan təcrübəli hücumçuya klubundan daha iki illik yeni müqavilə təklifi gəlib. Futbolçu isə klubundan düşünməyi üçün bir müddət vaxt istəyib. Bundan əlavə, 35 yaşlı futbolçuya keçmiş klubu "Çelsi"dən də ciddi təklif var. Klubun yeni baş məşqçisi Joze Mourinyo Droqbanın transfer olunması üçün rəhbərliyə müraciət edib. 

Beləliklə, seçim qarşısında qalan Droqbanın hansı təklifə "hə" deyəcəyi maraq doğurur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43