Dünya futbolu

“Qalatasaray”da əsrin planı: İbrahimoviç gəlir

Türkiyə mətbuatı maraqlı iddia ortaya atıb.

İddiaya görə, “Fənərbaxça”nın “Qalatasaray”ın keçmiş futbolçusu Arda Turanla danışıq aparmasından əsəbləşən “cim-bom” rəhbərliyi Türkiyə futbol tarixinin ən bahalı transferini reallaşdırmaq üçün hərəkətə keçib. Məlumatda bildirilir ki, İstanbulda lüks oteldə “Qalatasaray”ın prezidenti Ünal Aysal və Fatih Terim görüşüb. Uzun müzakirələrdən sonra Fatih Terim Ünal Aysaldan PSJ-nin futbolçusu İbrahimoviçin transfer olunması üçün xahiş edib. Terimin bu xahişini yerə salmayan Ünal Aysal klubun meneceri Bülənt Tuluna zəng edib və ona İbrahimoviçin transfer olunması üçün klubu ilə təmasa keçmək göstərişi verib. 

Görüşdən sonra jurnalistlərə açıqlama verən Ünal Aysal bunları dilə gətirib: “50 milyonu Ardaya verənə kimi, İbrahimoviçi alaram. Ən azında pulumun geri dönüşü olar. Forma satışından da pul qazanaram. Bu transferi Fatih Terim də məndən xahiş edib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43