Dünya futbolu

“Qalatasaray”da İkardi şoku

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı forvard Super Liqanın 9-cu turunun “Beşiktaş”la matçında sağ ayağından zədə alıb.

Klubun mətbuat xidməti xəbər yayıb ki, İkardinin müalicəsinə başlanılıb. 

Onun “Bavariya” ilə matçda iştirak etməsi sual altındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43