Dünya futbolu

“Qalatasaray”da Sneyder ŞOKu

Türkiyə Superliqasının son turunda “Torku Konyaspor”u 2:1 hesabı ilə məğlub edən “Qalatasaray” bir futbolçusunu itirib.

Komandanın aparıcı üzvü Uelsley Sneyder zədələnib. Oyuna start heyətində çıxan Sneyder, 9-cu dəqiqədə ayağında ağrılar hiss edərək matçı yarımçıq dayandırıb.

Hollandiyalı ulduzun zədəsinin nə dərəcədə ciddi olduğu bir-iki günə bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43