Dünyadan

“Qalatasaray”da “yarpaq töküm”ü davam edir: Daha iki futbolçu göndərildi

Nordin Amrabatı "Malaqa"ya icarəyə verən, Albert Riera ilə yollarını ayıran "Qalatasaray" daha iki futbolçusunu göndərir.

İdmanxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cim-Bom" müdafiəçi Dani və portuqaliyalı gənc futbolçu Brumanı "Qaziantepspor"a icarəyə verir. 

Antep klubunun idarə heyətinin üzvü Mustafa Kızıl radio verlişlərin birində bu keçidlərin yaxın günlərdə reallaşacağını bildirib:

"Bizim yerimizdə kim olsa "Qalatasaray"a kömək edərdi. "Qalatasaray"ın problemi var və biz onlara kömək edirik. Dani ilə bütün məsələlərdə razılığa gəldik və o, 1-2 gün içərisində bura gələrək bizimlə müqavilə imzalayacaq. Brumayla da danışmışıq. Əgər zədəsini sağaldarsa mövsümün sonuna kimi bizdə oynaya bilər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43