Dünyadan

“Qalatasaray”dan ayrıldı, İtaliya klubu ilə anlaşdı

“Qalatasaray”ın mövsümün başlanğıcında “Napoli”dən transfer etdiyi Qorav Pandev “saı-qırmızılılar”dan ayrılır.

İdmanxeber.com-un məlumatına görə, makedoniyalı futbolçu yenidən A Seriyasına qayıdır. “Qalatasaray”da əsas heyətə düşməkdə çətinlik çəkən Pandev “Cenoa” ilə anlaşıb.

Təcrübəli futbolçu artıq İtaliyadadı. O, artıq tibbi müayinədən də keçib. Mövsüm sonunda Pandev “Qalatasaray”dan ayrılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43